Azərbaycanın avtomobil bazarı iştirakçısı nizamnamə kapitalını 2 dəfə artırır

Maliyyə
  • 03 oktyabr, 2024
  • 08:17
Azərbaycanın avtomobil bazarı iştirakçısı nizamnamə kapitalını 2 dəfə artırır

Azərbaycanda yüngül avtomobillər və ağır texnika üçün mühərrik və sürtgü yağlarının, akkumulyator və şinlərin, filtr və digər ehtiyat hissələrinin satışı ilə məşğul olan "Caspian Equipment Company” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 100 000 manatlıq yeni səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 100 ədəd adi, sənədsiz, adlı səhmdən gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri "CPM İnvest İnvestisiya Şirkəti” ASC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 100 000 manatdan 200 000 manata çatacaq.

Xatırladaq ki, "Caspian Equipment Company" 2019-cu ildə yaradılıb. Onun səhmdarı 100 % Eldəniz Rüstəmovdur.