Azərbaycanın aparıcı şərab istehsalçısının səhmlərinin 50%-i satılıb

Maliyyə
  • 23 yanvar, 2017
  • 13:55
Azərbaycanın aparıcı şərab istehsalçısının səhmlərinin 50%-i satılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “İsmayıllı-Şərab-1” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. 

Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqd müəssisənin 18 800 səhminin realizə edilməsini nəzərdə tutur. Bu, şərab zavodunun dövriyyədə olan səhmlərinin 50%-i deməkdir.

Xatırladaq ki, “İsmayıllı-Şərab-1” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 75,2 min manatdır. Zavod İsmayıllı rayonunun Kürtmaşı kəndində yerləşir. 

44 filmi