Azərbaycandan Ukraynaya pul köçürmələri 14 faiz azalıb

Maliyyə
  • 16 may, 2017
  • 04:16
Azərbaycandan Ukraynaya pul köçürmələri 14 faiz azalıb

Bakı. 16 may. REPORT.AZ/ 2016-cı ildə Azərbaycandan Ukraynaya pul köçürmələri 14% azalıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının məlumatında bildirilir.

Ukraynalılar ötən il xaricdən ölkələrinə ümumilikdə 5,4 milyard dollar pul köçürüblər. Bu məbləğ ÜDM-in 5,8%-ni təşkil edir və ötənilki göstəricidən 5,3% çoxdur.

Məlumata görə, Azərbaycanla yanaşı Rusiya, Çin və Kanadadan da köçürmələrdə azalma qeydə alınıb.

Əvəzində isə Polşa, İsrail, Türkiyə və Marşal adalarından köçürülən pulların məbləğində artım olub.