Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
Maliyyə
- 14 avqust, 2020
- 07:32
Ötən ay Azərbaycandan Gürcüstana 6,03 mln ABŞ dolları həcmində pul köçürülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
İyulda qonşu ölkəyə xaricdən daxil olan pul köçürmələrinin 3,19%-i Azərbaycanın payına düşüb. Azərbaycandan Gürcüstana həyata keçirilən pul köçürmələrinin məbləğində illik müqayisədə 2,9 dəfə artım qeydə alınıb.
Gürcüstandan Azərbaycana isə pul köçürmələrinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mln dollar artaraq 1,5 mln dollara bərabər olub.
Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 188,7 mln dollar pul köçürülüb ki, bu da illik müqayisədə 22,1% çoxdur.
Gürcüstandan digər ölkələrə pul köçürmələrinin həcmi isə 22,2 mln dollara (15,6% artım) bərabər olub.
Son xəbərlər
04:10
Rodri "Real Madrid"ə keçmək niyyətindədir
Futbol03:41
"Haluk Levent işi"nə görə saxlanılan Oğuzhan Uğur həbs edilib
Region03:04
ABŞ Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib
Digər ölkələr02:43
Səfir: Berlinlə Bakı arasındakı dialoq tərəfdaşlığı yeni səviyyəyə yüksəldir
Xarici siyasət02:15
"Politico": FTB-nin direktoru Keş Patel oktyabrda Rusiyaya səfər edəcək
Digər ölkələr01:47
Türkiyədə terror cinayətlərinin istintaqı ilə bağlı müstəqil büro qurulacaq
Region01:08
"Al Hadath": Əli əl-Amudi Qəzza zolağında HƏMAS-ın rəhbəri seçilib
Digər ölkələr00:59
Leysan yağışları Tbilisidə bir sıra fəsadlara yol açıb
Region00:33