Azərbaycandan 9 ayda 4 milyard dollardan çox kapital çıxarılıb

Maliyyə
  • 15 dekabr, 2025
  • 11:12
Azərbaycandan 9 ayda 4 milyard dollardan çox kapital çıxarılıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın kapital və maliyyənin hərəkəti hesabının hesabının mənfi saldosu (ölkədən kapital və maliyyə axını) 4 milyard 63,4 milyon ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, 9 ay ərzində Azərbaycanın xalis maliyyə aktivləri 4 milyard 479,3 milyon ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 415,9 milyon ABŞ dolları artıb.

"Bu dövrdə birbaşa xarici investisiyalar üzrə xalis kəsirimiz təxminən 1,2 milyard ABŞ dolları təşkil edib. Azərbaycan iqtisadiyyatına 4,7 milyard ABŞ dolları birbaşa xarici investisiya yatırılıb. Bunun qarşılığında ölkədən 5 milyard ABŞ dolları kapital repatriasiyası həyata keçirilib", - deyə AMB rəsmisi əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti