Azərbaycandakı sığorta şirkətlərinin reytinq cədvəli açıqlanıb

Maliyyə
  • 22 oktyabr, 2018
  • 11:55
Azərbaycandakı sığorta şirkətlərinin reytinq cədvəli açıqlanıb

Bakı.22 oktyabr. REPORT.AZ/ “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimaiBirliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşıyanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.

“Report”quruma istinadən xəbər verir ki, şirkət barədə yazılan ümumi rəy, rəyintəsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərinreytinqinə təsir edən əsas amillər hesab olunur.

ASA-nıninternet səhifəsində (www.asa.az) “Şirkətlərüzrə rəy” bölməsi fəaliyyət göstərir və bu, müştərilərin sığorta şirkətləribarədə müsbət və mənfi rəyinin bildirilməsi üçün nəzərdə tutulub. Qeyd olunanrəylər müvafiq qaydada araşdırılaraq həmin rəyin düzgünlüyü təsdiq edildikdənsonra rəydə haqqında bəhs edilən şirkətə müvafiq bal verilir.

Hal-hazırdamövcud reytinq cədvəlində 22 sığorta və təkrarsığorta şirkətinin adı qeydolunub və cədvələ “A-Group Sığorta” 8 balla liderlik etdiyi halda, sonuncu yerdə-9 balla “Standard İnsurance” qərarlaşıb. Reytinq cədvəlinin ilk dördlüyübelədir: “A-Group Sığorta”, “Paşa Sığorta”, “Xalq Sığorta”, “Meqa Sığorta”.

Həmçinin 5-16-ci yerdəki şirkətlər barəsində ya hər hansı bir qeyd olmadığına görə, yada qeyd olunan rəylər əsaslı sayılmadığı üçün onların balı 0 olaraq nəzərə alınıb.Bunlar: “PAŞA Həyat Sığorta”, “AzRe Təkrarsığorta”, “Azərbaycan SənayeSığorta”, “AXA Mbask Sığorta”, “Amrah Sığorta”, “Qala Sığorta”, “NaxçıvanSığorta”, “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta”, “Rəvan Sığorta”, “Qala HəyatSığorta” və “İpək Yolu Sığorta”dır.

Reytinqcədvəlində hal-hazırkı nəticəyə əsasən, xidmət səviyyəsi 0 və -9 balintervalında qiymətləndirilərək son altılığı formalaşdıran şirkətlər – “Azərsığorta”,“Atəşgah Sığorta”, “AzSığorta”, “Günay Sığorta”, “AtaSığorta” və “Standardİnsurance”dır.

Xatırladaqki, reytinq cədvəli ASA-nın yeni saytı istifadəyə verildikdən sonra buradaqeyd edilən rəylər əsasında formalaşıb və bu reytinq cədvəli mütəmadi olaraqictimaiyyətlə paylaşılacaq. Bu baxımdan, sığorta şirkətlərinin müştəriləriniəməkdaşlıq etdikləri şirkətdəki xidmət və məmnuniyyət səviyyəsinin müəyyənedilməsi məqsədilə sayta daxil olaraq rəy bildirməyə və həmin şirkətəmüvafiq bal verməyə dəvət edilir.

44 - Tezliklə