Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2017-ci il)

Maliyyə
  • 12 oktyabr, 2017
  • 07:39
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-sentyabr, 2017-ci il)

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-sentyabr aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.

"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 3,331 mlrd. manatlıq göstərici ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 2,524 mlrd. manatla "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 1,844 mlrd. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1,418 mlrd. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 180,5 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 178,9 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC və 53,3 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

"İnvest-Az" investisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

№İnvestisiya şirkətləriƏməliyyatların həcmi, AZN
1Unicapital3 331 292 117
2PAŞA Kapital2 524 087 799
3İnvest-Az1 843 831 739
4AzFinance1 418 354 635
5PSG Kapital180 495 347
6Xalq Kapital178 888 038
7Kapital Menecment53 258 858
44 filmi