Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu açıqlanıb

Maliyyə
  • 19 sentyabr, 2026
  • 12:09
Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu açıqlanıb

2027-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxil olması gözlənilən 18 milyard 430 milyon manat vəsaitin təxminən 38 %-nin və yaxud 6 milyard 983 milyon manatının hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin payına düşməsi nəzərdə tutulur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 6,1% çoxdur.

Digər vergi növlərindən yalnız yol vergisi üzrə daxilolmaların azalacağı gözlənilir.

Beləliklə, vergi daxilolmalarının gələn il gözlənilən strukturu aşağıdakı kimidir:

№

Vergi daxilolmaları

2027-ci il üzrə proqnoz (milyon manat)

2026-cı il üzrə proqnoz (milyon manat)

Dinamika

1

Fiziki şəxslərin

gəlir vergisi

3 070,0

2 379,3

+29,0%

2

Hüquqi şəxslərin

mənfəət (gəlir) vergisi

6 983,0

6 580,0

+6,1%

3

Hüquqi şəxslərin

torpaq vergisi

48,0

47,0

+2,1%

4

Hüquqi şəxslərin

əmlak vergisi

400,0

376,0

+6,4%

5

Əlavə dəyər vergisi

4 686,0

4 466,3

+4,9%

6

Sadələşdirilmiş vergi

467,0

429,0

+8,9%

7

Aksiz vergisi

1 669,0

1 584,0

+5,4%

8

Yol vergisi

307,0

334,4

-8,2%

9

Mədən vergisi

155,0

151,0

+2,6%

10

Dövlət rüsumu

420,0

362,0

+16,0%

11

Sair daxilolmalar

225,0

201,0

+11,9%

Cəmi

18 430,0

16 910,0

+9,0%