Azərbaycanda vergi daxilolmaları 4 % artıb
Maliyyə
- 11 dekabr, 2023
- 07:06
Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox - 15 milyard 337,7 milyon manat vəsait daxil olub.
"Report" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9 % artaraq 9 milyard 15,8 milyon manata çatıb", - deyə o qeyd edib.
"Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir", - deyə nazir əlavə edib.
Son xəbərlər
20:49
ABŞ-nin son hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
Region20:41
Əraqçi ilə HƏMAS üzvü Fələstindəki vəziyyəti müzakirə ediblər
Region20:28
Azərbaycanlı cüdoçuların Avropa çempionatındakı rəqibləri bəlli olub
Fərdi20:27
Rusiyanın Dnepropetrovsk vilayətinə zərbələri nəticəsində 4 nəfər ölüb
Digər ölkələr20:15
"Formula 1": "Red Bull" pilotu İzak Hadjar İtaliya Qran-prisini buraxacaq
Formula 120:11
Rubio: Ukraynaya "Patriot" üçün lisenziyaların verilməsi müzakirə olunur
Digər ölkələr20:06
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
Digər ölkələr20:00
Bəqai CENTCOM-un Sirikə hücumla bağlı bəyanatına etiraz edib
Region19:52