Azərbaycanda vençur maliyyələşməsi üzrə qanunvericilik təkmilləşdirilir

Maliyyə
  • 17 dekabr, 2025
  • 17:55
Azərbaycanda vençur maliyyələşməsi üzrə qanunvericilik təkmilləşdirilir

Bu il ərzində Azərbaycanda dörd innovasiya mərkəzi açılıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli qurumun təşkilatçılığı ilə keçirilən "IDDA Awards" müsabiqəsinin mükafatlandırma tədbirində deyib.

O bildirib ki, bunlar Naxçıvan və Gəncədə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə birgə yaradılmış mərkəzlərdir və "Anderson Lab" innovasiya mərkəzidir:

"Eyni zamanda milli vençur maliyyələşməsi üzrə hüquqi çərçivənin formalaşdırılması məqsədilə müvafiq qurumlarla bir sıra işlər aparılıb. Hazırda bu sahədə qanunvericiliyə müəyyən təkmilləşdirmələrin edilməsi nəzərdə tutulur".

Bununla yanaşı, 5 universitetdə 4 hakaton, 6 inkubasiya və 2 digər innovasiya proqramı həyata keçirilib. Eyni zamanda Agentlik ilə ABŞ-nin "Plug & Play" innovasiya platforması arasında əməkdaşlığa start verilib.

"İstedadların inkişafı istiqamətində də bir sıra fəaliyyətlər həyata keçirilib. Eyni zamanda "Global Innovation Institute" tərəfindən 38 mütəxəssis 45 beynəlxalq sertifikat əldə edib, 8 qurum isə beynəlxalq akkreditasiyadan keçib. 62 akademik sahibkarlıq üzrə müəllim və mentor hazırlığı proqramını tamamlayıb".

Son xəbərlər

Bütün Xəbər Lenti