Azərbaycanda valyuta hərracında dollara tələb 18%-ə yaxın artıb

Maliyyə
  • 09 iyun, 2020
  • 09:09
Azərbaycanda valyuta hərracında dollara tələb 18%-ə yaxın artıb
Report

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 4-nə nisbətən 8 milyon ABŞ dolları və yaxud təxminən 17,9% artaraq 52,7 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

44 - Tezliklə