Azərbaycanda təminatsız bazarda əqdlərin sayı 16 % artıb

Maliyyə
  • 22 oktyabr, 2025
  • 10:05
Azərbaycanda təminatsız bazarda əqdlərin sayı 16 % artıb

Bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrünə nisbətən təminatsız bazarda əqdlərin sayı 16,1 % artıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında aktivlik yüksək olub, faizlər AMB-nin faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edib.

AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7,15 %, avqustda 6,97 %, sentyabrda 6,96 %, oktyabrın ötən dövründə isə 6,89% olub. AMB əsasən bir həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənardakı amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Avropa Yenidənqurma və İnkişaf Bankının AZIR indeksinə bağlanmış manatla istiqrazlar yerləşdirməsi bu indeksin maliyyə bazarlarında istinad dərəcəsi kimi rolunu daha da artırır.

Ötən iclasdan bəri gəlirlilik əyrisində və AMB-nin notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda, yeni cəlb edilmiş manatla depozit və yeni verilmiş kredit faizlərində azalmalar qeydə alınıb. Bütün bunlara təsir edən mühüm amillərdən biri cari ilin iyul ayında faiz dəhlizi parametrlərindəki azalma olub", - deyə AMB bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti