Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb

Maliyyə
  • 29 oktyabr, 2026
  • 12:30
Azərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 49,9 %-i və yaxud 12 milyard 643 milyon manatı sosialyönlü xərclər olub.

Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və yaxud 14,9 % çoxdur.

Söhbət əməyin ödənişi qida məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta üzrə xərclərdən gedir.

44 filmi