Azərbaycanda səhmləri dövlətə məxsus müəssisələr ötən il büdcə proqnozunu ən aşağı səviyyədə yerinə yetirib

Maliyyə
  • 22 may, 2018
  • 08:06
Azərbaycanda səhmləri dövlətə məxsus müəssisələr ötən il büdcə proqnozunu ən aşağı səviyyədə yerinə yetirib
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov

Bakı. 22 may. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub, 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib. 

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib. 

"Büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir", - o qeyd edib.