Azərbaycanda satmaq öhdəliyi ilə kirayəyə əsasən 2 otaqlı mənzillər götürülür

Maliyyə
  • 09 fevral, 2022
  • 07:42
Azərbaycanda satmaq öhdəliyi ilə kirayəyə əsasən 2 otaqlı mənzillər götürülür

Bu il yanvarın 1-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin sayı 1 282 olub.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 23,4 % çoxdur.

Kredit götürən şəxslərin 54 %-i dövlət sektorunda, 46 %-i isə özəl sektorda fəaliyyət göstərib, eləcə də, 60 %-i evli, 40 %-i isə subay olub. Kirayəçilərin 38 %-i 35 yaşdan yuxarı, 31 %-i 30-35 yaş arası, həmçinin 31 %-i isə 18-29 yaş arası olub

Kirayəyə verilən mənzillərdə otaqların sayına gəlincə isə 2 otaqlı mənzillər 45 %, 1 otaqlı mənzillər 30 %, 3 otaqlı mənzillər 21 %, 4 otaqlı mənzillər isə 4 % paya malik olub.

44 filmi