Azərbaycanda qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12% artıb

Maliyyə
  • 13 iyul, 2015
  • 06:53
Azərbaycanda qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 12% artıb

Bakı. 13 iyul.REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 346,307 mln. manat həcmində vəsait daxil olub. "Report un Nazirliyin analitik-informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, nəticədə, proqnoz tapşırığına 100,8% əməl edilib.

Qeyri-neft sektoru üzrə büdcəyə 2 289,222 mln. manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft sektorunun xüsusi çəkisi 68,4% təşkil edir.

44 - Tezliklə