Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları 7 %-ə yaxın artıb
- 27 iyul, 2026
- 11:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 981 milyon manat olub ki, bu da proqnozdan 3,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,8 % çoxdur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57,3 % olub.
I yarımildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 64,3 %-ni və yaxud 7 milyard 064,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 %-ni və yaxud 3 milyard 143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar (illik müqayisədə 1,7 % çox), 3,2 %-ni və yaxud 350,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar (12,3 % çox), 3,6 %-ni və yaxud 394 milyon manatını sair daxilolmalar (9,3 % az), 0,3 %-ni və yaxud 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları (28,8 % çox) təşkil edib.