Azərbaycanda qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
- 28 avqust, 2025
- 15:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 406,435 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,1 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 7,2 % artaraq 153,257 milyon manata çatıb.
Beləliklə, 7 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 37,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 37,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,7 % çoxdur.
Ötən 7 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,6 manat olub.