Azərbaycanda qazma şirkəti nizamnamə kapitalını kəskin azaldıb

Maliyyə
  • 24 aprel, 2024
  • 05:44
Azərbaycanda qazma şirkəti nizamnamə kapitalını kəskin azaldıb

"Oğuz Drilling" MMC nizamnamə kapitalını 99,9 min manat və ya 1 min dəfə azaldıb.

“Report” xəbər verir ki, son nəticədə şirkətin nizamnamə kapitalı 100 min manatdan 100 manata enib.

Xatırladaq ki, "Oğuz Drilling" 2015-ci ildə dövlət qeydiyyatına alınıb. “SOCAR-AQŞ”, “Archer” və “Nobel Oil Services” birgə yaratdığı “Oğuz Drilling” platforma qazma şirkətidir. "Oğuz Drilling” stasionar özüllərdə dünya standartlarına uyğun qazma xidmətləri, həmçinin qazma qurğularının dizayn edilməsi, modifikasiyası və yardımçı qazma xidmətləri həyata keçirir.

44 - Tezliklə