​Azərbaycanda pul bazası mayda 2,4% artıb

Maliyyə
  • 03 iyun, 2015
  • 07:47
​Azərbaycanda pul bazası mayda 2,4% artıb

Bakı. 3 iyun. REPORT.AZ/ Cari ilin iyun ayının 1-i vəziyyətinə Azərbaycanda pul bazasının həcmi 7 597,3 mln. manat təşkil edib. Bu, may ayının 1-nə olan analoji göstəriciyə nisbətən 178,7 mln. manat və ya 2,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə pul bazasının həcmi 3 674,9 mln. manat və ya 32,6 % azalıb.