Azərbaycanda pul bazası artıb

Maliyyə
  • 03 iyul, 2018
  • 09:18
Azərbaycanda pul bazası artıb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanda pul bazası bu il iyulun 1-nə 8 588 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 183,6 mln. manat və yaxud 2,18% çoxdur.

İlin əvvəlinə nisbətən pul bazası 44,8 mln. manat və yaxud 0,52%, son 1 ildə isə 313,5 mln. manat və yaxud 3,79% artıb.