Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Maliyyə
  • 02 oktyabr, 2026
  • 12:00
Azərbaycanda pul bazası 15 %-dən çox artıb

Bu il sentyabrın 30-na Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 31-i ilə müqayisədə 2,4 % çoxdur.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb.