Azərbaycanda ötən il bələdiyyələrin 24 %-ə yaxını auditdən keçməyib

Maliyyə
  • 12 avqust, 2026
  • 11:18
Azərbaycanda ötən il bələdiyyələrin 24 %-ə yaxını auditdən keçməyib

2025-ci ildə Azərbaycanda 685 bələdiyyə məcburi audit subyekti olub.

"Report" Auditorlar Palatasına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,1 dəfə azdır.

Ötən il auditdən keçmiş bələdiyyələrin sayı isə 26,2% azalaraq 523-ə düşüb, onların xüsusi çəkisi isə 49,4 %-dən 76,3 %-ə yüksəlib. Başqa sözlə, il ərzində bələdiyyələrin 23,7 %-i auditdən keçməyib.