Azərbaycanda ötən il “Avtomobil Yolları” Fondunun xərcləri tam icra olunub

Maliyyə
  • 10 fevral, 2021
  • 14:47
Azərbaycanda ötən il “Avtomobil Yolları” Fondunun xərcləri tam icra olunub

2020-ci ildə Azərbaycanda “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri tam məbləğdə və yaxud 300 milyon manat icra edilib.

Bu barədə “Report”a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu vəsait əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması və istismarına yönəldilib.