Azərbaycanda ötən il 9 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

Maliyyə
  • 10 mart, 2022
  • 12:13
Azərbaycanda ötən il 9 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 9,3 milyard manatlıq investisiya qiymətli kağızlarının dövlət qeydiyyatını həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, bunun 1,9 milyard manatı 59 korporativ istiqraz buraxılışının, 0,7 milyard manatı 138 səhm buraxılışının, 6,7 milyard manatı isə dövlət qiymətli kağızlarının, o cümlədən 4,8 milyard manatı AMB-nin notlarının, 1,9 milyard manatı isə Maliyyə Nazirliyinin istiqrazlarının payına düşüb.

Ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 0,5 milyard manat olan 20 emissiya prospekti təsdiq edilib.