Azərbaycanda müharibə iştirakçılarına müavinət ödənişi üçün mexanizm hazırlanması təklif edilir
- 04 noyabr, 2023
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda müharibə iştirakçılarına verilən müavinətlərin hesablanması üçün mexanizm hazırlanmalıdır.
"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
"Müharibə iştirakçılarına verilən 80 manat müavinət kommunal xidmətlərin haqqının ödənilməsi üçündür. Təklif edirəm ki, xüsusi bir mexanizm hazırlansın və həmin məbləğ kommunal xidmətlərin xərcinə uyğunlaşdırılsın. Çünki 80 manat müəyyənləşdiriləndə kommunal xidmətlərin xərci az idi. Mexanizm olsa, kommunal xidmət haqları artdıqca ona uyğun olaraq müavinət də arta bilər. Mexanizm ödənilən müavinətlə onun formalaşdıran xərc strukturu arasında bir əlaqə yaradar", - deyə o qeyd edib.