Azərbaycanda meşə təsərrüfatı xərcləri 29 % artırılır

Maliyyə
  • 16 oktyabr, 2023
  • 09:14
Azərbaycanda meşə təsərrüfatı xərcləri 29 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 20 milyon manatı və yaxud 0,05 %-i meşə təsərrüfatı xərclərinin payına düşəcək.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,2 % çoxdur.

Meşə təsərrüfatı xərcləri ətraf mühitin mühafizəsi xərclərinin 5,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

44 - Tezliklə