Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 40%-dən çox artıb

Maliyyə
  • 25 noyabr, 2017
  • 12:26
Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 40%-dən çox artıb
Report

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşu 3,7 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 41% çoxdur. 

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bununla belə, 10 ay ərzində maliyyə sahəsində investisiyalar iqtisadiyyata investisiya qoyuluşunun cəmi 0,03%-ni təşkil edib.