Azərbaycanda kredit kartları ilə dövriyyənin həcmi 81 % artıb

Maliyyə
  • 26 fevral, 2022
  • 13:12
Azərbaycanda kredit kartları ilə dövriyyənin həcmi 81 % artıb

Bu il fevralın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 11 milyon 273 min ədəd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə 19,8 %, bu il yanvarın 1-nə nisbətən 2,1 % çoxdur.

O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 18,7 % artaraq 9,859 milyona, kredit kartlarının sayı isə 28 % artaraq 1,414 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi isə müvafiq olaraq 3,209 milyard manat (illik müqayisədə 53,1 % çox) və 259 milyon manat (81,1 % çox) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan banklarınan da əməkdaşlıq edir.