Azərbaycanda kiberhadisələr nəticəsində itkilərdə 2 dəfə artım gözlənilir

Maliyyə
  • 09 oktyabr, 2025
  • 15:36
Azərbaycanda kiberhadisələr nəticəsində itkilərdə 2 dəfə artım gözlənilir

Bu il Azərbaycanda kibertəhlükəsizlik insidentləri nəticəsində yaranan maliyyə itkilərinin ötən illə müqayisədə təxminən iki dəfə artaraq 40 milyon manata çatacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN)məlumatına əsasən, ötən il ölkədə kibertəhlükəsizlik insidentləri nəticəsində 22 milyon manat məbləğində itki qeydə alınıb:

"Bu prosesdə banklar və digər maliyyə institutlarının da rolu var. Onların sistemlərindəki zəifliklər belə hadisələrin baş verməsinə şərait yaradır. Lakin insanların fərdi səhvləri və ehtiyatsız davranışları da ümumi itkilərin artmasına ciddi təsir göstərir".

Son xəbərlər

Bütün Xəbər Lenti