Azərbaycanda işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır

Maliyyə
  • 24 may, 2024
  • 18:53
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır

Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 3 milyard 825 milyon manatdan 4 milyard 855,8 milyon manata çatdırılması nəzərdə tutulub.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır.