Azərbaycanda ipoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının II tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Maliyyə
  • 15 may, 2018
  • 05:42
Azərbaycanda ipoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının II tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı. 15 may. REPORT.AZ/ Mayın 17-də Bakı Fond Bijasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun 20 mln. manat məbləğində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. 

"Report" Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 002.33 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası fondun istiqrazlarının baza emissiya prospektini bu il martın 30-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 80 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların illik faiz dərəcəsi 3% təşkil edir. Buraxılışın 20 mln. manat təşkil edən I tranşı aprelin 19-da yerləşdirilib.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB-də olacaq. Depozitari və Sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək. 

44 filmi