Azərbaycanda I yarımildə sığortaedənlərin sayı 2,3 milyona yaxın olub

Maliyyə
  • 16 iyul, 2026
  • 10:31
Azərbaycanda I yarımildə sığortaedənlərin sayı 2,3 milyona yaxın olub

Bu ilin yanvar-iyun aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 504 vahid artaraq 2 261 449 vahid olub.

Bu barədə "Report" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 6 600 vahid, fiziki şəxslər üzrə 37 330 vahid, torpaq mülkiyyətçiləri üzrə isə 2 574 vahid artıb.

44 - Tezliklə