Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 34 % artıb

Maliyyə
  • 08 sentyabr, 2022
  • 05:29
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 34 % artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 767,061 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,1 % çoxdur.

Bu ilin 8 ayında gömrük rüsumları üzrə daxilolmalar 18,8 % artaraq 905,771 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 41,8 % artaraq 2 milyard 712,875 milyon manat, aksizlər üzrə daxilolmalar 0,06 % azalaraq 106,326 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 49,8 % artaraq 42,09 milyon manat olub.

44 - Tezliklə