Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 29 % artırılır

Maliyyə
  • 16 sentyabr, 2025
  • 02:23
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 29 % artırılır

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 2 milyard 566,8 milyon manatının və yaxud 6,7 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 29,05 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Son xəbərlər

Bütün Xəbər Lenti