Azərbaycanda əlavə dəyər vergisi üzrə proqnoz 5 % artırılır
- 14 oktyabr, 2023
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 7 milyard 591 milyon manatının və yaxud 22,2 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,3 % çoxdur.
ƏDV üzrə daxilolmaların 3 milyard 376 milyon manatını və yaxud 44,5 %-ni İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 4 milyard 215 milyon manatını və yaxud 55,5%-ni isə Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 7,3 % və 3,8 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.