Azərbaycanda ehtiyat fondlarından ayırmalar kəskin azalıb

Maliyyə
  • 18 aprel, 2025
  • 17:41
Azərbaycanda ehtiyat fondlarından ayırmalar kəskin azalıb

Bu ilin I rübündə Azərbaycanda ehtiyat fondlarından 8,4 milyon manat vəsait ayrılıb.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə azdır.

Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 6,8 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1,6 milyon manat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 3,3 dəfə və 12,2 dəfə azdır.

44 - Tezliklə