Azərbaycanda əhalinin nağd dollar alışı azalıb
Maliyyə
- 03 iyul, 2018
- 08:14
Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları bu ilin may ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 27,100 mln. ABŞ dollarının xalis satışını həyata keçirib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, ardıcıl üçüncü aydır ki, banklar tərəfindən əhaliyə dollar satışı alışı üstələyir. May ayında banklar tərəfindən əhaliyə 187,495 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 160,395 mln. dollar alınıb.
Aprel ayı ilə müqayisədə nağd dollar satışında əvvəlki ayla müqayisədə 2,9 dəfə azalma, alışında isə 19,8% artım qeydə alınıb. Beləliklə, bankların əhaliyə xalis nağd dollar satışında 15 dəfə azalma qeydə alınıb.
Son xəbərlər
01:06
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb
Digər ölkələr00:37
Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Digər ölkələr00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40
"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib
Futbol23:34
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
Digər ölkələr23:15