Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz 18 %-ə yaxın artırılır
- 16 oktyabr, 2025
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 40 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmaların payına düşəcək.
"Report" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,65 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.
Dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların 2027-ci ildə 42 milyon manat, 2028-ci ildə 44 milyon manat, 2029-cu ildə isə 46 milyon manat proqnozlaşdırılır.