Azərbaycanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 18 %-dən çox artıb

Maliyyə
  • 05 iyun, 2025
  • 17:42
Azərbaycanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 18 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 18 milyon manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.

İcarə daxilolmaları proqnozdan 25,9 % çox icra edilib.

Xatırladaq ki, bu il ƏMDX büdcəyə 46 milyon manat vəsait köçürməlidir. Beləliklə, 5 ay ərzində həmin məbləğin 39,1 %-i təmin olunub.