Azərbaycanda büdcədənkənar daxilolmaların 41 %-dən çox azalacağı proqnozlaşdırılır

Maliyyə
  • 16 sentyabr, 2026
  • 21:02
Azərbaycanda büdcədənkənar daxilolmaların 41 %-dən çox azalacağı proqnozlaşdırılır

2027-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 599 milyon manat olacağı gözlənilir.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 41,3 % azdır.

Büdcənin sair daxilolmalar üzrə proqnozu isə 46,8 % artırılaraq 1 milyard 440 milyon manata çatdırılıb.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

44 - Tezliklə