Azərbaycanda büdcədənkənar daxilolmaların 1 % artacağı proqnozlaşdırılır

Maliyyə
  • 17 sentyabr, 2024
  • 16:27
Azərbaycanda büdcədənkənar daxilolmaların 1 % artacağı proqnozlaşdırılır

2025-ci ildə Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının 840 milyon manat olacağı gözlənilir.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,1 % çoxdur.