Azərbaycanda bəzi sığorta agentlərinin lisenziyası ləğv edilib

Maliyyə
  • 24 aprel, 2015
  • 05:17
Azərbaycanda bəzi sığorta agentlərinin lisenziyası ləğv edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanda 80 sığorta agentinə verilmiş müddətsiz lisenziya dayandırılıb. Sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Maliyyə Nazirliyinin müvafiq əmri ilə 3 ay müddətinə dayandırılıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, daha 4 sığorta agentinə verilmiş müddətsiz lisenziya Nazirliyin müvafiq əmri ilə ləğv edilib.