Azərbaycanda bank və BOKT-ların mərkəzləşmiş öhdəlikləri azalmağa başlayıb
- 24 iyul, 2017
- 13:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və qeyri-bank təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankına (AMB) olan məcmu öhdəlikləri 2017-ci il iyunun 1-nə 6 450,6 mln. manat təşkil edib.
"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi mayın 1-nə olan analoji göstərici ilə müqayisədə 135,6 mln. manat və ya 2,06%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 495,1 mln. manat və ya 7,13% azalıb.
Qeyd edək ki, bankların AMB-yə öhdəliklərinin bu günədək maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Son göstəricinin maksimal həddən 1 056,4 mln. manat və ya 14,07% aşağı olduğu bildirilir.
"Report"un analitik qrupu qeyd edir ki, bank sektorunun mənfəətinin artması və kreditləşmənin bərpası fonunda AMB-yə öhdəliklərin getdikcə azalacağı proqnozlaşdırılır.