Azərbaycanda “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” dəyişib

Maliyyə
  • 17 avqust, 2023
  • 06:33
Azərbaycanda “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” dəyişib

Maliyyə Nazirliyinin Kollegiyası “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.

Qərara əsasən, inventarizasiya vaxtı maddi-məsul şəxslərin öhdəsində olmayan (yolda olan, yüklənmiş mallar və sair) ödəniş vaxtı keçmiş sənədlər üzrə ehtiyyatların məbləği yalnız bankların təsdiq etdiyi öhdəliklərlə uçot reyesterinə daxil ediləcək.

Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.