Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Maliyyə
  • 14 yanvar, 2026
  • 13:30
Azərbaycanda 5 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Yanvarın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki "Texnika Bank", fevralın 4-də "Muğan Bank", fevralın 11-də isə "Günay Bank", "NBC Bank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Texnika Bank"a məxsus Bakının Yasamal rayonunun 7-ci Sallaxana küçəsi, 7 ünvanındakı dəyəri 750 min manat olan 247,92 kv metrlik qeyri-yaşayış sahəsindən, "Muğan Bank"a məxsus Bakının Səbail rayonunun Nizami küçəsi, 96 ünvanındakı dəyəri 1,5 milyon manat olan 218,3 kv metrlik qeyri-yaşayış binasından, "Günay Bank"a məxsus dəyəri 13 min manat olan "CHERY TIGGO 2" markalı minik avtomobilindən, "NBC Bank"a məxsus Şamaxı rayonunun Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,2 kv metrlik fərdi yaşayış evindən, "Qafqaz İnkişaf Bankı"na məxsus Bakının Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsi, 147А ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv metrlik qeyri-yaşayış sahəsindən gedir.

Son xəbərlər

Bütün Xəbər Lenti