Azərbaycanda 5 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 25 % az icra edilib

Maliyyə
  • 05 iyun, 2025
  • 17:39
Azərbaycanda 5 ayda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar üzrə proqnoz 25 % az icra edilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 255 milyon manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ödənişli xidmətlərdən daxilolmalar proqnozdan 25,4 % az icra edilib.

Bundan başqa, 5 ay ərzində büdcəyə sair daxilolmalar 398,4 milyon manat olub. Bu isə proqnozdan 3,9 dəfə çoxdur.