Azərbaycanda 1,5 milyon kapitalla elektron pul təşkilatı yaradılıb

Maliyyə
  • 27 dekabr, 2023
  • 05:52
Azərbaycanda 1,5 milyon kapitalla elektron pul təşkilatı yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 149, nizamnamə kapitalı 1,5 milyon manat, qanuni təmsilçisi isə Azad İsrail oğlu Hüseynovdur.