Azərbaycana yatırılan xarici investisiyaların təxminən 95 %-i 13 ölkənin sərmayədarlarının payına düşür
- 20 yanvar, 2025
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 289,4 milyon manat vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,3 % azdır.
Hesabat dövründə xarici investisiyaların 3 milyard 115,1 milyon manatı (94,7 %-i) Böyük Britaniya, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, İran, BƏƏ, Hindistan, Fransa, Qırğızıstan və Macarıstan sərmayədarlarına məxsus olub.
2024-cü ildə Azərbaycanda əsas kapitala investisiya qoyuluşunda xarici sərmayədarlarn payı 19,1 %-dən 15,3 %-ə enib.
Xatırladaq ki, ötən il Azərbaycanda əsas kapitala 21 milyard 435,1 milyon manat və yaxud 2023-cü illə müqayisədə 0,7 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 10,2 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 3,3 % artıb.