Azərbaycan və Türkiyə svop sazişi imzalayacaq

Maliyyə
  • 23 dekabr, 2021
  • 11:54
Azərbaycan və Türkiyə svop sazişi imzalayacaq

Türkiyə Mərkəzi Bankı (TCMB) Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Mərkəzi Bankları ilə bir müddətdir apardığı svop razılaşmasında son mərhələyə çatıb və sövdələşmələrdən ən azı biri ilin sonuna qədər tamamlanacaq.

“Report” bu barədə “Reuters” istinadən xəbər verir.

“Reuters”ə məlumat verən yüksək səviyyəli məmur bildirib ki, hazırda bir neçə ölkə ilə svop danışıqları aparılır: “Svop sazişlərinin xüsusilə bu dövrdə əhəmiyyətli müsbət töhfələri olacaq”.

Mənbə bildirib ki, Azərbaycanla svop sazişi demək olar ki, başa çatıb. Eynilə, BƏƏ ilə də anlaşma yekun mərhələyə çatıb. Azərbaycanla anlaşmada ilk mərhələdə svopun həcmi böyük deyildi, ancaq tədricən artırılıb. Azərbaycan və BƏƏ svop sazişlərindən ən azı biri ilin sonuna qədər tamamlanacaq”.

Qeyd edək ki, TCMB-nin Çin, Qətər və Cənubi Koreya ilə təxminən 23 milyard ABŞ dolları həcmində svop müqavilələri var. Onlar yerli valyutalarla ticarəti təşviq edir və Mərkəzi Bankın ümumi ehtiyyatlarını artırır.

Türk lirəsindəki tarixi enişi yavaşlatmaq üçün TCMB təkcə bu ay 5 dəfə bazara birbaşa müdaxilə edib ki, ümumilikdə bazara 10 milyard ABŞ dolları satılıb. Lirə bu həftə dollar qarşında kəskin ucuzlaşaraq minimumu yeniləyib.

“Reuters”in məlumatına görə, Türkiyə bundan əvvəl ABŞ, İngiltərə, Rusiya və Malaziya mərkəzi bankları ilə sövdələşmələr imzalamağa çalışıb.

Türkiyə Mərkəzi Bankının ehtiyatları 2019-2020-ci illərdə dövlət bankları vasitəsilə təxminən 128 milyard ABŞ dolları məbləğində bir sıra müdaxilələrdən sonra tükənmək üzrədir.

44 - Tezliklə